"Gürcüstanda siyasi böhran yoxdur"

13:18 - 17 Dekabr 2024

Gürcüstanda etirazlar və müxalifətin parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsindən sonra heç bir siyasi böhran yaşanmır.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

“Əlbəttə, iqtisadi baxımdan qısamüddətli bir sarsıntı yaşandı, biz bunu tezliklə aradan qaldıracağıq. Əksinə, ölkədə hər şey ikiqat sürətlə gedəcək. Hazırda ölkədə siyasi böhran yoxdur. Siyasi böhran o deməkdir ki, ölkədə sabit hökumət və parlamentdə sabit çoxluq yoxdur. Bu ölkədə sabit çoxluq var və buna görə də siyasi böhran müşahidə edilmir”, - o, brifinqdə bildirib.


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin