Mədəyə ziyandır, amma arıqladır - Acılı yeyək ya yox?

07:30 - 4 Dekabr 2024

Mədəyə ziyandır, amma arıqladır - Acılı yeyək ya yox?

Dünyanın bir çox mətbəxində olduğu kimi, bizim də mətbəximizdə acılı yeməklər bəyənilir. Bəs acılı yeməklər sağlamlığımıza necə təsir edir? 

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, "British Journal of Nutrition" jurnalında bibərlə bağlı yeni araşdırma dərc edilib. Məqalədə bildirilir ki, acılı yeməklərin qəbul tezliyi orqanizmə müxtəlif təsir göstərə bilər. Çinli alimlər tərəfindən 50 mindən çox yetişkin üzərində aparılan araşdırmada həftədə ən azı bir dəfə acılı yemək yeyən şəxslərdə insult riskinin, acı yeməyənlərə nisbətən 13 faiz artdığı aşkarlanıb. Bununla yanaşı, həftədə üç və ya daha çox dəfə acı yeyənlərin damar tıxanması və ya daralması ehtimalının 20 faiz daha az olduğu məlum olub.

Araşdırma həmçinin obez şəxslərin daha tez-tez acılı yeməkdən daha çox fayda gördüyünü göstərib. Obezlik insult riskini artırdığı üçün acının bu qrupa olan təsiri xüsusilə əhəmiyyətli hesab edilir.  

Acının Təsir Mexanizmi

Alimlərin fikrincə acılı yeməklərin faydası əsasən kapsaisin adlı maddənin təsiri ilə əlaqədardır. Bu maddə metabolizmanı 8 faiz sürətləndirərək obezliyin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, kapsaisin boğaz əzələlərini stimullaşdıraraq disfaji (yeməklərin udulmasında çətinlik) simptomlarını yüngülləşdirə bilir.  

2020-ci ildə ABŞ-da aparılan tədqiqatlar göstərib ki, müntəzəm olaraq acılı yemək yeyən şəxslərdə ürək xəstəliklərindən ölüm riski 26 faiz daha azdır. Kapsaisinin həmçinin iltihablanmanı azaltdığı və damar tıxanmasının qarşısını aldığı da məlumdur.

Acılı yeməklərin zərərləri

Acılı yeməklər faydalı ola bilər, lakin hər şey kimi, düzgün və məqbul miqdarda istifadə olunmalıdır. Belə ki, çoxlu acılı yemək yeməyin yaddaş zəifliyi və Alzheimer xəstəliyi riskini artırdığı müəyyən olunub. Bundan başqa, həddən artıq kapsaisin qəbulu mədə divarını qıcıqlandıraraq mədə xərçəngi riskini 50 faiz artırır.  

Acının təsirləri cinsiyyət sağlamlığına da əks olunur. Müntəzəm olaraq çoxlu acı yeyən kişilərdə testosteron səviyyəsinin azaldığı və cinsi istəksizliyin artdığı qeyd edilib.  

King's College London-dan farmakoloq Susan Brain bildirir ki, acını balanslı və sağlam qidalanmanın bir hissəsi kimi qəbul etdikdə zərərli təsirlərlə qarşılaşmaq ehtimalı minimuma enir.


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin