Bakıda dəhşətli görüntülər - Aptek müdiri xanım işçisini döydü
25 Noyabr 2024
15:54 - 26 İyun 2021
Bu gün Silahlı Qüvvələr günüdür. Bu münasibətlə vətənin keşiyində duran bütün hərbçiləri təbrik edirik! Həmin hərbçilərdən biri də şanlı zəfər tariximizin qızıl həriflərlə yazılmasında misilsiz rolu olan N-sayı hərbi hissənin kəşfiyyat rəisi Riyad Paşayevdir.
Manset.az əlamətdar gündə İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərən R.Paşayevin müsahibəsini təqdim edir:
- Cənab zabit bir daha sizi Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edir və bizə ayırdığınız vaxta görə minnətdarlığımızı bildiririk!
- Təşəkkür edirəm!
- 44 günlük vətən müharibə zamanı döyüş xatirələriniz maraqlıdır.Hansı tarixi hadisələrə şahidlik etdiniz?
- Cənab Ali Baş Komandan sentyabrın 27-də döyüş əmrini verəndə mən 18 illik hərbi tariximdəki ən böyük arzuma çatacağıma inandım. Çünki biz, böyük ruh yüksəkliyi ilə bu günü gözləyirdik! Xüsüsən də vətən müharibəsində kəşfiyyat rəisi kimi mühüm vəzifəni icra etməyim mənim məsuliyyətimi daha da artırır və mənəvi cəhətdən güc verirdi. Biz, 44 gün Ağdam istiqamətində düşmənin qorxulu kabusuna dönmüşdük. Onları daim təzyiq altında saxlayırdıq. Onlar qorxudan qüvvələrini başqa istiqamətlərə yönləndirə bilmirdilər.
- Siz vətən müharibəsi dövründə hansı döyüşlərin iştirakçısı olmusunuz?
- Biz Talış, Suqovuşan istiqamətində yerləşən mühüm strateji əhəməiyyətə malik 457 yüksəyliyi, xüsusən də Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu mövqedə döyuş apardıq və düşmənə sarsıdıcı zərbələr endirməklə böyük itkiyə məruz qoyduq. Davamlı olaraq rəhbərliyim altında kəşfiyyat qrupu 48 saat ərzində 21 erməni mövqeyi götürdük.
- Bəs hansı döyüşdə yaralandınız?
Mən 44 gündə iki dəfə yaralanmışam. Birinci döyüşdə yaralandım amma məni vətən torpağı və tabeliyimdə olan kəşfiyyat qrupu gözləyirdi. Yaralı olsam da dönməli idim.Buna görə də işğaldan qalan torpaqların azadlığı üçün döyüşə davam etdim. Oktyabrın 4 – də ikinci dəfə düşmənin atdığı raket və artilleriya atəşi nəticəsində müxtəlif qəlpə yaraları ilə xəsarət aldım. Orada şəhid və yaralılarımız da oldu. (deyərək kövrəlir) Düşmən həmin vaxt 4 saata yaxın olduğumuz yeri 350 dən çox artilleriya atəşi altında saxladı. Çətin olsa da şəhid və yaralılarımız təhlükəli ərazidən elə həmin vaxt çıxarıldı. Mənim yaralarım ağır olduğuna görə qospitala götürdülər amma yenə orada qalmayıb səngərə, işğaldan azad etdiyimiz ana torpağımıza döndüm.
- Azad etdiyiniz ərazilərə ayaq basarkən hansı hissləri keçirirdiniz?
- Mən tabeliyimdə olan heyətlə aldığımız hər məntəqədə, hər mövqeyə çatanda sanki yeni bir nəfəsə çatırdıq. Sanki doğma torpaqlarımıza ayaq basdıqca yerdən güc alırdıq.
Məlumdur ki, Cənab Ali Baş Komandan İlham Əliyevə Ağdamın azad olunması barədə də siz məruzə etmisiniz. Həmin zaman hansı hisləri keçirirdiniz?
- Bu mənim üçün xidmət etdiyim illərdə ən çox məsuliyyətli və şərəfli tapşırıq idi. Düşmən Ağdamın döyüş getməyə ərazilərini də minalamışdı biz isə gecə ilə şəhərin mərkəzinə çatmalı və şanlı bayrağımızı orada sancmalı idik. Təxminən 8 saat yol getdik. Sübh namazı vaxtı ağdamın cümə məsçidinə çatdıq və orada azan oxundu bayrağımızı sancdıq və həmin an ali baş komandana məruzə etdim deyərək deyərək qürurlanır.
- Döyüşlərdəki şücaətinizə görə bir neçə dəfə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- Mən 44 günlük müharibədən sonra Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Ağdamın azad olunmasına görə” “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olundum. Bundan sonra da vətən üçün, vətənimizin , dövlətimizin birliyi və sarsılmazlığı üçün son nəfəsimə kimi əlimdən gələni çalışacam. İstər xidmətdə olum, istərsə də ehtiyyatda...amma hələki qarşıda böyük məqsədlərim var. Düşünürəm ki, hərbi sahədə təhsilimi davam etdirməklə Azərbaycan ordusuna daha böyük xidmətlərim olacaq. Hazırda bu istiqamətdə də fəaliyyətimi davam edirəm.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin