Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza atdı

11:28 - 28 Noyabr 2024

Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza atdı

Luis Enrike UEFA Çempionlar Liqasında PSJ-nin ən çox məğlub olan baş məşqçisi kimi antirekorda imza atıb.

 

Manset.az xəbər verir ki, ispaniyalı mütəxəssisin uğursuzluğu qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinin V turunda "Bavariya"ya (Almaniya) məğlub olduğu matça təsadüf edib.

O, Paris təmsilçisinin çalışdırıcısı kimi Çempionlar Liqasında 17 oyunda 8-ci məğlubiyyətini alıb.

Qeyd edək ki, buna qədər antirekord PSJ-nin sabiq baş məşqçisi Loran Blana məxsus idi. O, 30 qarşılaşmada 7 dəfə məğlubiyyətlə üzləşmişdi.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin