Şəhid atası dünyasını dəyişdi

23:02 - 27 Noyabr 2024

Şəhid atası dünyasını dəyişdi

Şəhid Şahlar Nəzərovun atası vəfat edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yaşar Nəzərovun səhhətində son aylarda problemlər yaranıb.

O, bu gün Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən şəhid olub.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin