Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
22:42 - 26 Noyabr 2024
Vaşinqtonun bu məsələyə yanaşmasını dəyişməsi nəticəsində Türkiyə, ABŞ-a “F-35” qırıcıları ilə bağlı yenidən müraciət edib.
Manset.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlayıb.
“ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz mövcuddur. İndi biz özümüzün “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyyarəsi – Qeyd) istehsal etdiyimizi göstərdik və münasibətlər dəyişdi. Onlar təyyarələri bizə verə biləcəklərini söyləyirlər. Biz də onlara “F-35” almaqla bağlı təklifimizi yenidən göndərdik” – deyə o vurğulayıb.
Qeyd edək ki, beşinci nəsil “KAAN” döyüş təyyarəsi ilk sınaq uçuşunu 2023-cü ilin fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlanılıb. Türkiyəli mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu təyyarə F-16 qırıcısını əvəz edəcək və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyəcək.
Bundan əlavə, 2023-cü ilin iyul ayında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. 2024-cü ilin mart ayında isə TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil, “KAAN”ın bəzi komponentlərinin Azərbaycanda istehsal ediləcəyini açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin