"İsrail rəhbərlərini heyrətləndirəcəyik" - İrandan İsrailə təhdid

15:22 - 26 Noyabr 2024

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri İsrailin oktyabrın 26-da İslam Respublikası ərazisinə endirdiyi zərbəyə cavabın artıq planlaşdırıldığını bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məhəmməd Baqiri qeyd edib ki, İsrailin oktyabrın 26-da İslam Respublikası ərazisinə endirdiyi zərbəyə cavab tədbirləri ağlasığmaz olacaq.

"13 aprel və 1 oktyabr 2024-cü il tarixlərində İranın İsrail ərazisinə endirdiyi zərbələr əvvəlki əməliyyatlarla müqayisədə həm forması, həm də istifadə olunan silah növləri baxımından fərqli idi. Eyni şəkildə, İsrailin son hücumuna verilən cavab da məhz belə planlaşdırılıb ki, o, İsrail rejiminin liderlərini heyrətləndirsin", -  o, bu barədə ölkənin Silahlı Qüvvələrinin Ali Şurasının iclasında bildirib.

Xatırladaq ki, oktyabrın 26-da İsrail ordusu cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirmişdi.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin