Ermənilərdən Şövkət Ələkbərovanın mahnısı ilə bağlı təxribat
27 Noyabr 2024
12:35 - 27 Noyabr 2024
İnsanların təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşaması ona görə hər zaman prioritet məsələ hesab olunub ki, bəşəriyyət üçün ən dəyərli sayılan insandır və insan həyatıdır. Məhz bu təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi də ilk növbədə dini, müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində yaşamasından bilavasitə asılıdır, hansı ki, həmin şərait fərqli mədəniyyətlərin dialoqundan asılı hesab olunur.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bu ölkənin ərazisində hələ lap qədim zamanlardan bu günə qədər müxtəlif mədəniyyətlərin nümayəndələrinin, fərqli dini inanclara mənsub insanların yaşaması təəccüb doğurmur. Çünki Azərbaycan fərdli dinlərin və mədəniyyətlərin qovşağında yerləşdiyi üçün bu məqam anlaşılandır. Amma həmin o fərqli inanclara, mədəniyyətlərə, tarixi köklərə malik insanların, müxtəlif etnosların və millətlərin nümayəndələrinin ölkəmizin ərazisində məskunlaşaraq, əsrlər boyu dinc və yanaşı yaşaması, təhlükəsizlik, əmin-amanlıq şəraitində, dostluq şəraitində ömür sürdüyü barədə xronoloji məlumatlar ölkəmizin tarixən tolerant ölkə olduğunu, multikultural dövlət olduğunu təsdiq edir.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, çoxkonfessiyalı, çoxmillətli bir cəmiyyətə sahib olmağımız bizim böyük sərvətimizdir və biz bununla fəxr edirik:
"Azərbaycan tarixən çoxmillətli və çoxkonfesiyalı ölkə olduğundan burada dinlərarası, millətlərarası əlaqələrdə dünyaya nümunə ola biləcək özünəməxsus formada tolerantlıq və multikultural münasibətlər sistemi formalaşdırıb. İctimai-siyasi quruluşundan, dinindən, dilindən, etnik mənsubiyyətindən aslı olmayaraq Azərbaycanda yaşayan hər bir insan heç bir təqibə məruz qalmadığından özünü bu cəmiyyətin bərabərhüquqlu vətəndaşı hesab edib. Bu səbəbdən də Azərbaycanda əsrlər boyu bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycanın sevincini öz sevincləri, kədərini isə öz kədərləri hesab ediblər. Məhz bu cür münasibətlər sisteminin formalaşdırılmasının nəticəsidir ki, dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ən ağır və çətin günündə sinəsini irəli verib. Biz Ermənistanın 30 illik işğalçılıq siyasəti zamanı bunun bariz nümunəsinin şahidi olduq. Hər bir vətəndaş Prezidentin ətrafında bir yumruq kimi biləşərək birlik, həmrəylik nümayiş etdirdi.
Çoxkonfessiyalı, çoxmillətli bir cəmiyyətə sahib olmağımız bizim böyük sərvətimizdir və biz bununla fəxr edirik. Azərbaycan nadir ölkələrdəndir ki, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib və etnik-mədəni, dini, həmçinin bir çox digər müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə çox uğurla aradan qaldıraraq inkişaf edir. Buna misal olaraq, ölkəmizdə etnik-dini zəmində heç bir ayrıseçkiliyin olmamasını göstərmək olar. Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda haqlı olaraq dünyanın multikulturalizm mərkəzlərindən biri hesab olunur. Azərbaycanda multikulturalizm siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İndiki dövrdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə daha da inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm bir istiqaməti kimi təqdim edir".
Sevil Mikayılova onu da qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının əsas göstəricisi hesab etmək olar:
"Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Buna uyğun olaraq, ölkəmizdə dini azadlıqların, dini məzhəblərin qanun qarşısında bərabər olması tam təmin edilir, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilir və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması prinsipi əsas götürülür. Bu siyasət, yalnız teorik olaraq deyil, praktiki şəkildə də özünü göstərir. Azərbaycanın dövlət orqanları, milli azlıqların mədəniyyətlərinin qorunmasına, onların təhsil və sosial hüquqlarının təmin edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan hökuməti bütün dini konfessiyaların hər birinə lazımi köməyi, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətin və ölkə rəhbərliyinin Azərbaycanda mövcud olan bütün dinlərə göstərdiyi bərabər münasibət, dinlərarası əlaqələrin təkmilləşməsinə və bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur.
Dövlətin multikulturalizm siyasətinin uğurlu icrası, yalnız daxili səviyyədə deyil, beynəlxalq aləmdə də böyük rəğbət qazanıb. Azərbaycan bu sahədə özünü beynəlxalq müstəvidə bir nümunə kimi təqdim edir. Dövlətin yürüdülən siyasəti nəticəsində, Azərbaycanda hər bir etnik və dini qrup özünü bu cəmiyyətdə yad deyil, əksinə, bir hissə olaraq hiss edir. Bu harmoniya həm də Azərbaycanın müxtəlif xalqlar arasında daha dərin bir əlaqə qurmasına, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etməsinə imkan verir.
Milli azlıqlar istiqamətində yürüdülən uğurlu siyasət nəticəsində elə bir şərait yaradılıb ki, hər hansı etnik qrupun nümayəndəsi özünü bu ölkədə yad hiss etmir. Çünki kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq hamı Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edib faydalanır. İstənilən etnik qrupun nümayəndəsi ölkədə seçib-seçilmək hüququndan istifadə edərək seçkili orqanlara seçilirlər, icra strukturlarında yüksək vəzifələrdə təmsil olunurlar. Ölkə rəhbərliyi tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində bu ölkədə heç bir etnik qrupun nümayəndəsi özünü bu cəmiyyətdə yad yox, əksinə daha doğma hiss edir".
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycanın bu tolerantlıq siyasəti, yalnız regionda deyil, həm də beynəlxalq miqyasda geniş təqdirlə qarşılanır:
"Azərbaycanda müxtəlif etnik qruplar arasında qarşılıqlı hörmət və əməkdaşlıq əsrlər boyu davam edir. Bu harmoniyanı qorumaq və təşviq etmək, müxtəlif etnik qruplar arasında qarşılıqlı hörmətin inkişafı, Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Dövlətimizin bu məsələyə xüsusi diqqət ayırması və hər zaman gündəmdə saxlaması, ölkəmizin multikultural və çoxmillətli xarakterini əks etdirir. Biz fəxr edirik ki, Azərbaycanın mədəniyyət və etnik zənginliyi, həm də bu zənginlikdən yaranan sosial harmoniyası dünyaya örnəkdir.
Azərbaycan xalqının həm böyüklüyü, həm də tolerantlığı, ölkəmizin müsbət inkişafını təmin edən əsas amillərdən biridir. Bu, həmçinin xalqımızın tarixi, mədəniyyəti və ümumiyyətlə, dünya xalqları ilə olan münasibətlərində özünü göstərir. Cənubi Qafqazda və ümumilikdə Avrasiya regionunda yeganə monoetnik dövlət olan Ermənistan, bu baxımdan Azərbaycanla müqayisədə fərqlənir. Ermənistanın monoetnik dövlət quruluşu, regionda daha geniş multikultural və multietnik birliyə ziddir və bunun da müsbət təsiri olmur.
Azərbaycan, müxtəlif etnik qrupların birgə tolerantlıq mühitində yaşamasını çox önəmli hesab edir və bu prinsipə daim əməl edir. Tarix göstərir ki, monoetnik dövlətlər, uzun müddətli sosial və iqtisadi uğurlar qazana bilməmişlər. Əksinə, multikultural cəmiyyətlər, daha dayanıqlı və zəngin inkişaf göstərir. Azərbaycan, yalnız öz ölkəsindəki müxtəlif xalqlara və etnik qruplara hörmətlə yanaşmır, həm də qonşu dövlətlərə, ümumiyyətlə, regionda yerləşən digər ölkələrə də yüksək ehtiram göstərir.
Azərbaycanın bu tolerantlıq siyasəti, yalnız regionda deyil, həm də beynəlxalq miqyasda geniş təqdirlə qarşılanır. Bu sistem, əksər Avropa dövlətlərindən tutmuş, Çinədək müxtəlif ölkələrin diqqətini cəlb edib. Azərbaycan xalqı, müxtəlif mədəniyyətlərin və xalqların bir arada yaşayaraq qarşılıqlı hörmət və anlaşma şəraitində inkişaf etməsini hər zaman prioritet hesab edir.
Lakin, təəssüf ki, Ermənistan xalqı bu tolerantlıq mühitinə qarşı, tarixi müttəfiqləri belə olan dövlətlərə qarşı belə, sərt münasibət sərgiləyir. Onlar, həm öz qonşularına, həm də onları əsrlər boyu himayə etmiş, torpaqlarında yaşayarkən onlara hörmətlə yanaşmış ölkələrə qarşı düşmən mövqeyindədirlər. Xüsusilə, Ermənistanın bizə və Türkiyəyə qarşı sərgilədiyi mənfi yanaşma, onların Daşnak təfəkküründən qaynaqlanır.
Azərbaycan xalqı, ermənilərə öz torpaqlarında uzun illər ərzində hörmətlə yanaşaraq, onlara sülh və əmin-amanlıq mühiti təqdim etmişdir. Lakin, bu mənfi yanaşmalar, erməni xalqı tərəfindən heç vaxt doğru anlaşılmamışdır. Onlar Azərbaycan xalqının mehribanlığını və səbrini sui-istifadə etməyi seçmişlər. Ancaq bu, Azərbaycana qarşı heç bir təzyiqin və təxribatın uğur qazanmayacağını göstərir. Azərbaycan xalqı hər zaman öz torpaqlarını və dəyərlərini qorumağa, multikulturalizmi və sülhü təbliğ etməyə davam edəcəkdir".
Fidan Əliyeva
6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin