AZAL-dan “Uçuran Cümə” kampaniyası - 30%-dək endirim

09:39 - 26 Noyabr 2024

AZAL-dan “Uçuran Cümə” kampaniyası - 30%-dək endirim

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə” kampaniyasına start verib. 

 

Manset.az xəbər verir ki, 26 noyabr–1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edə biləcəklər.

Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur. 

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir. 

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur. 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin