"ABŞ-nin Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur" - KİV

09:56 - 24 Noyabr 2024

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur.

 

Manset.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Baydenin Ukraynaya silah tədarükünü artırmaq imkanında məhdudiyyətlər var, çünki vəsaitin çox hissəsi yalnız Pentaqonun anbarında olan silahlar üçün istifadə edilə bilər.

Agentlik qeyd edib ki, digər tərəfdən Amerika hakimiyyəti Kiyevə böyük miqdarda silah və sursat göndərə bilməz, çünki bu, ABŞ qoşunlarının müdafiə qabiliyyətini azaldacaq.

“Bloomberg” hesab edir ki, Bayden və onun administrasiyası ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə qalan iki aydan az müddətdə Kiyevə maksimum dəstək verməyə və Moskvaya təzyiq göstərməyə çalışır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin