"Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib" - Hikmət Hacıyev
26 Noyabr 2024
16:40 - 22 Noyabr 2024
COP29 Sədrliyi danışıqlarda son vəziyyətlə bağlı bəyanat yayıb.
Manset.az xəbər verir ki, bəyanatda deyilir:
“COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik.
Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik.
Yeni sənəd layihəsində İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin