İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:20 - 21 Noyabr 2024
"Putin Rusiya Federasiyasını mühüm beynəlxalq fiqura çevirmək üçün hər şeyi edib".
Manset.az xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş kansleri Angela Merkel “Die Zeit” qəzetinə müsahibəsi zamanı səsləndirib.
Merkelin sözlərinə görə, Rusiya sadəcə Putinə görə geosiyasi cəhətdən əvəzolunmaz olub və qalır, çünki o, ABŞ, Fransa, Böyük Britaniya və Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvündən biridir.
"Putin 2000-ci ildə ölkəsinin prezidenti olduqdan sonra Rusiyanı bir daha beynəlxalq arenada heç kimin, xüsusən də ABŞ-nin yanından keçə bilməyəcəyi bir fiqura çevirmək üçün hər şeyi edib", - o bildirib.
Merkel etiraf edib ki, Rusiya Prezidenti Vladimir Putində onu ən çox heyrətləndirən onun öz haqlılığına inamı olub. Onun sözlərinə görə, siyasətçi “hər zaman ayıq-sayıqdır” və o, Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında söylədiyi bəzi fikirləri tamamilə doğru hesab edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin