"Bu məqalə dezinformasiyanın çirkin nümunəsidir" - Hikmət Hacıyev
22 Noyabr 2024
15:32 - 21 Noyabr 2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.
Manset.az xəbər verir ki, Zaur Mikayılov tədbir zamanı qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib.
Sonda, sədr beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin