"Bu məqalə dezinformasiyanın çirkin nümunəsidir" - Hikmət Hacıyev
22 Noyabr 2024
08:00 - 21 Noyabr 2024
Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətlərindən biri hesab olunur. Bir çox insan saç ağarması prosesini geri qaytarmağın mümkün olub-olmadığı ilə maraqlanır.
Manset.az Baku.ws-ə istinadən bildirir ki, 2021-ci ildə edilmiş kiçik bir araşdırma bunun mümkün ola biləcəyini göstərir - müəyyən şərtlər altında və uzun müddət deyil.
Müxtəlif yaşlarda olan insanlarda saçların ağarması prosesi və qısa müddətli ləngiməsi arasında stressin rolunu araşdırılıb.
Elm adamları, hər iki ucunda daha tünd piqmentli, lakin ortasında boz saçlı saç telləri olan insanları tədqiq edib və stresin azaldığı dövrlərdə ağarmanın müvəqqəti olaraq tərsinə getdiyi ilə əlaqəli olduğunu tapıblar.
Ağ saçlara nə təsir edir?
Ancaq bir və ya bir neçə stresli gün saç rənginizə təsir etməyəcək. Floridadakı Mayami Universitetində dermatologiya və dəri cərrahiyyəsi professoru Dr.Antonella Tostinin fikrincə, ətraf mühit faktorları fərdi stresli hadisələrdən daha təsirli ola bilər.
"Siqaret çəkmək və ya çirklənmə kimi hallar übhəsiz ki, bozlaşma riskini artırır", - deyə Tosti qeyd edib.
Təəssüf ki, boz saçlara genetik meyl də təsir göstərir.
Dermatoloq Joshua Zeichner, "Ailədə erkən saç ağarması varsa, sizin də saçlarınızın erkən ağarması ehtimalı var" deyib.
Problemin həlli yolları
Ağ saçlar üçün hələ tam effektiv müalicə yoxdur, lakin elm adamları həll yollarını axtarırlar.
Problemin mümkün həlli, ağ saçlarda melanositlərə - melanini əmələ gətirən və rəngdən məsul olan saç hüceyrələrinə baş verənlərdir. Əvvəllər elm adamları melanositlərin yaşla birlikdə öldüyünə inanırdılar. Lakin 2023-cü ildə Nature jurnalında dərc edilən siçovullar üzərinedə aparılmış araşdırma göstərdi ki, melanositlər sadəcə olaraq saç follikulunun kökündə cəmləşə bilər və piqment təmin etmək üçün saçdan yuxarı köçmür.
Tostinin sözlərinə görə, tibbi müalicə ilə bu melanositlərin yenidən aktivləşərək saçları yenidən tündləşdirmək ehtimalı var. Lakin hazırda buna nail ola biləcək heç bir proses yoxdur.
Zeichner isə bildirir ki, hələlik, saçlarınızı salonda rəngləndirmək boz saçları azaltmaq üçün ən yaxşı seçimdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin