Buraxılış imtahanında yenilik edilir - 4 mətn... / DETALLAR
22 Noyabr 2024
19:47 - 20 Noyabr 2024
"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç əsas məqsədi var".
Manset.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
"Birinci məqsəd indiyə kimi olmuş bütün aqrar təşəbbüslərin və bununla fəaliyyət göstərən 81-dən çox müxtəlif qrup və heyətlərin bir araya gətirilməsidir.
İkinci məqsədimiz aqrar sahəyə təsir edən iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin düzgün yönləndirilməsinə xidmət etməkdir.
Üçüncü və ən vacib məqam isə bunun hamısının fermerlərə dəstək olması üçün onların dəyişən iqlimə uyğunlaşan kənd təsərrüfatında fəaliyyət göstərmələrini təmin etməkdir", - deyə nazir bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin