Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

18:49 - 20 Noyabr 2024

Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

BƏƏ ilə yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində uğurlu tərəfdaşlıq məsələləri müzakirə olunub.

 

Manset.az xəbər verir ki, COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb. Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. 

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin