Uraloğludan Zəngəzur açıqlaması - "Bakı qərar verəcək"

15:36 - 20 Noyabr 2024

Uraloğludan Zəngəzur açıqlaması -

Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

“Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - nazir bildirib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin