Azərbaycanda bu şəxslərə 285 manat veriləcək: Yanvarın 1-dən - VİDEO
24 Noyabr 2024
17:41 - 16 Noyabr 2024
Moskvanın Şeremetyevo hava limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının üzərindən gömrük bəyanı edilməmiş 2,6 milyon rubl (44 min manatdan çox) dəyərində qızıl-zinət əşyaları aşkar edilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şeremetyevo aeroportunun gömrük xidməti məlumat yayıb.
Bildirilib ki, gömrük orqanı yükün kommersiya məqsədli olduğunu tanıyıb və qızıl-zinət əşyaları müsadirə edilib.
Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.
Azərbaycan vətəndaşının günahı sübuta yetiriləcəyi təqdirdə, 5 ilə qədər azadlıqdan məhrum etmə və ya 1 milyon rubla qədər cərimə gözləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin