Daha 2 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

16:11 - 16 Noyabr 2024

Daha 2 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

Noyabrın 18-də Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir.

 

Manset.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli marşrutların hərəkət sxemləri bərpa ediləcək.

AYNA bildirir ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin