Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

14:33 - 13 Noyabr 2024

Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

Gürcüstanda prezident seçkiləri 2025-ci il yanvarın əvvəlində keçirilə bilər.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, parlament seçkilərinin son nəticələri elan olunduqdan on gün sonra Gürcüstan parlamentinin ilk iclası keçiriləcək.

“Bundan sonra prezident seçkiləri ilə bağlı məsələ gündəmə gələcək və təxminən 2025-ci il yanvarın əvvəllərində prezident seçkiləri keçiriləcək. Bundan sonra isə prezidentin andiçmə mərasimi olacaq”, – deyə Kobaxidze əlavə edib.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin