"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
14:00 - 13 Noyabr 2024
“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kazanda keçirilən BRİCS sammitində görüşü danışıqların davam etdirilməsi üçün müsbət impulslar yaradıb”.
Manset.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
“Kazanda cənab Prezidentlə Ermənistanın Baş naziri arasında çox səmərəli görüş oldu. Və bizim niyyətimiz bu impulslar əsasında danışıqları davam etdirməkdir”, - deyə H. Hacıyev vurğulayıb.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar: “Hazırda Azərbaycanın gündəmində olan əsas mövzu noyabrın sonuna kimi COP29-dur. Yəqin ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
Hikmət Hacıyev qeyd edib ki, sənədin mətni ilə bağlı müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh sazişinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə prosesin gecikdiyini hiss edirik. Şübhəsiz ki, dekabr ayından etibarən yeni proses olacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin