Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
12:53 - 12 Noyabr 2024
Ekvadorda milli komandanın və Kitodan olan LDU klubunun futbolçusu Marko Anqulo dünyasını dəyişib.
Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yol qəzası keçirdikdən sonra bir aydan çox xəstəxanada ağır vəziyyətdə olub.
Oktyabrın 7-də Kitonun cənub-şərqində Anqulonun və daha dörd nəfərin getdiyi “Ford Explorer” tam sürətlə 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb.
Anqulo çanaq sümüyü sınığı, pnevmotoraks, beyin ödemi və digər xəsarətlər alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, o, noyabrın 11-nə keçən gecə dünyasını dəyişib.
Anqulo Ekvador millisində 2 oyun keçirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin