"Hər şeyi danışırdı müharibə ilə bağlı, planım da bu idi ki..."

00:30 - 9 Noyabr 2024

Əməkdar artist Rafael İsgəndərov "Günə bax" verilişində qonaq olub.

 

Manset.az Axşam.az-a istinadla xəbər verir ki, proqramda aktyorun şəhid dostu Müşviq Abbasovun səs yazısı təqdim olunub. O, dostu ilə bağlı xatirələrini bölüşüb:

"Bizim Müşviqlə planlarımız çox idi. Özü deyirdi ki, "4 təkərlə" səni bütün Qarabağı gəzdirəcəyəm. Qismət olmadı. Oraya getdim, amma özü ilə yox. Sonuncu dəfə Ballıqaya istiqamətində getmişdik. Çadır qurmuşduq. Mənə hər şeyi danışırdı müharibə ilə bağlı. Planım da bu idi ki, ondan bunları öyrənim. Nə vaxtsa Qarabağla bağlı film çəkiləndə tarixi faktlar əsasında ondan istifadə edərdim. Əfsus olsun ki, bunu edə bilmədim. Alınan torpaqlarımızda çadır qurub qala bilmədik. Çox maraqlı olardı ki, onunla gedim".

Qeyd edək ki, M.Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu -  Şamil və İntiqam ilə birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin