BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
11:18 - 8 Noyabr 2024
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.
ADY-dən Manset.az-a bildirilib ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən sentyabrın 16-da elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları noyabrın 8, 9, 10, 17 və 24-də qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.
Noyabrın 11, 12, 13, 16 və 23-də isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə noyabrın 16-na və 23-nə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan noyabrın 17-nə və 24-nə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.
Bakı–Ağstafa–Bakı istiqamətində isə noyabrın 8, 9 və 10-da həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-da, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin