"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
22:10 - 5 Noyabr 2024
İsveç Krallığı Ukraynaya iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz təhvil verəcək.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin Kiyevə səfəri zamanı “X” hesabında bildirib.
“Bu gün 100 milyon İsveç kronu (təxminən 9,3 milyon dollar) dəyərində 40 min əleyhqazdan ibarət yeni mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisi və əlavə avadanlıqdan ibarət dəniz paketini təqdim etməklə böyük şərəfə nail oldum. ”, – deyə yazıb.
O, həmçinin bildirib ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko ilə danışıqlar zamanı iki ölkə arasında mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin