"Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmirik" - Lavrov

19:09 - 5 Noyabr 2024

Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.

"Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin