Generalın qardaşı oğlu Kəmaləddin Heydərovun şirkətini  MƏHKƏMƏYƏ VERDİ

00:26 - 26 İyun 2021

Generalın qardaşı oğlu Kəmaləddin Heydərovun şirkətini  MƏHKƏMƏYƏ VERDİ

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq”ə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.

Manset az Hit.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl türkiyəli iş adamı Olcay Ayın sahibi olduğu “Ertok” MMC “Gilan Holdinq”i məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsi bitməmiş holdinqə daxil olan “Gilan İnşaat” MMC məhkəməyə verilib. Bu iş üzrə iddiaçı “Veliev” MMC olub.

“Gilan Holdinq” və “Gilan İnşaat”la bağlı məhkəmə çəkişməsi davam etdiyi bir vaxtda Kəmaləddin Heydərovun nəzarətində olan daha bir şirkət məhkəməyə verilib. HİT.Az-ın əldə etdiyi məlumata görə, bu, “Gilan Beton” MMC-dir. İş üzrə iddiaçı qismində “Yük Taksisi.az” MMC çıxış edir. Məhkəmə çəkişməsinin səbəbi daşıma müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Artıq iş üzrə ilk proses keçirilib.

"Yük Taksisi.Az" MMC 15 avqust 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Zeynaloq Aqil İsmayıl oğludur. Mediada gedən və indiyə qədər təkzib olunmayan məlumatlara görə, Aqil Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşı oğludur.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin