Deputat Vətən müharibəsi iştirakçısına telefon bağışladı

19:28 - 10 İyun 2021

Deputat Vətən müharibəsi iştirakçısına telefon bağışladı

Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım. O, qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim.

Manşet xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında yazıb.

Millət vəkili azyaşlı qızı xilas edən Elgün Əlicanovla Mingəçevirdə görüşüb və ona telefon hədiyyə edib.

Qeyd edək ki, Elgün Əlicanov Vətən müharibəsi iştirakçısıdır, Suqovuşan istiqamətində vuruşub.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin