Portuqaliyada milli matəm elan edildi

17:33 - 20 Sentyabr 2024

Portuqaliyada milli matəm elan edildi

Sentyabrın 14-dən bəri davam edən və 7 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ölkə tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada indiyə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilir.

Xüsusilə ölkənin şimal bölgəsini əhatə edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar həm müdaxilələr, həm də yağışların başlaması ilə nəzarət altına alınıb.

Sentyabrın 17-də yanğınlarla əlaqədar fəlakət vəziyyəti elan edilən Portuqaliyada bu gün milli matəm elan edilib.

Ölkədə matəmlə əlaqədar bayraqlar yarıya qədər endirilib.

7 nəfərin həyatını itirdiyi, 160-a yaxın insanın yaralandığı yanğınlarla bağlı aparılan araşdırmalarda indiyədək 5 nəfərin saxlanıldığı açıqlanıb.

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin