Bu ölkədə yeni prezident seçiləcək

14:53 - 20 Sentyabr 2024

Bu ölkədə yeni prezident seçiləcək

Şri-Lanka seçiciləri sabah keçiriləcək səsvermə ilə yeni prezidentini seçməyə hazırlaşır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Şri-Lanka vətəndaşları 2022-ci ildə keçmiş Prezident Qotabaya Rajapaksanın istefasına səbəb olan ümummilli etirazlardan sonra ilk dəfə səsvermədə iştirak edəcəklər.

22 milyon əhalisi olan ölkədə sentyabrın 21-də keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçmiş 17 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən ölkədə prezident seçkiləri ən mürəkkəb və gözlənilməz seçkilərdən biri hesab olunur.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin