Türkiyədə bu şəxslər həbs ediləcək

18:01 - 18 Sentyabr 2024

Türkiyədə bu şəxslər həbs ediləcək

Türkiyədə məhkəmə İsrailin kəşfiyyat agentliyi "Mossad"a məxfi məlumat ötürməkdə ittiham olunan 37 nəfəri 6 ildən 8 ilə qədər həbs cəzasına məhkum edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə 60-a yaxın şəxs ittiham olunub. Onlardan 19-u bəraət qazanaraq azadlığa buraxılıb.

2 nəfər - Ahmet Koray Özquryun və Alperen Erkut 8 il 4 ay həbs cəzası alıb. 35 təqsirləndirilən şəxs 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar “casusluq məqsədilə qadağan olunmuş məlumatları əldə etməkdə” təqsirli bilinib.

Rəsmilər qeyd edib ki, casusluq məqsədilə məxfi məlumatları başqalarına ötürən bütün şəxslər istintaqa cəlb olunacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin