"50 yaşında adam nə iş tapır, nə də pensiya ala bilir" - VİDEO

14:07 - 18 Sentyabr 2024

"50 yaşdan sonra iş üçün gələndə deyirlər, çox yaşlısan. 50 yaşda pensiyaya gedəndə də deyirlər, bunun üçün cavansan".

 

Manset.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib.

Aparıcı universitet məzunlarının iş tapa bilməməsindən də şikayətlənib:

“Bu gün işçi qüvvəsinin çoxu Bakıda cəmlənib. Bölgələrdə yaşayan insanlar çətinlik çəkirlər. 21-22 yaşlı məzundan təcrübə istəyirlər. Bunu özün yarat da. İdarələr diplomlu uşağa deyir ki, get təcrübə yığ gələrsən. Tələbə bunu necə toplasın?”

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin