Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 14 mindən çox itki verib

17:48 - 17 Sentyabr 2024

Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 14 mindən çox itki verib

 Ukrayna silahlı qüvvələrinin ümumi itkiləri Kursk istiqamətində 14,2 min nəfəri keçib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.

“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 400-dək hərbi qulluqçu və 19 zirehli texnika, o cümlədən dörd tank, İsveç istehsalı olan bir CV-90 piyada döyüş maşını və 14 zirehli döyüş maşını, həmçinin beş artilleriya qurğusu, beş minaatan, altı maşın və bir mühəndis sədd maşınıdır”, - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Hərbçilərin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna ordusu 14,2 mindən çox hərbi qulluqçu, 119 tank, 45 piyada döyüş maşını, 91 zirehli transportyor, 743 zirehli döyüş maşını, 445 avtomobil, 103 artilleriya qurğusu itirib.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi əməliyyatı davam edir", - Rusiya Hərbi Departamenti qeyd edib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin