Güclü yağış 20 nəfərin ölümünə səbəb oldu

17:41 - 17 Sentyabr 2024

Güclü yağış 20 nəfərin ölümünə səbəb oldu

Avropada leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı artıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Rumıniyada 7, Polşada 5, Avstriyada 5, Çexiyada 3 nəfər ölüb.

Çexiyada çaylar daşıb, Slovakiya və Macarıstanda isə Dunay çayında suyun səviyyəsi artıb.

Polşa yağış və daşqınlardan ən çox zərər çəkən Çexiya ilə sərhəd bölgəsində "fəlakət vəziyyəti" elan edib və daşqınlardan zərər çəkənlərə 260 milyon dollar yardım ediləcəyini açıqlayıb.

Polşanın cənubundakı 40 min əhalisi olan Nysa şəhərində könüllülər dağılmış bəndin bərpası üçün xilasetmə qrupları ilə birlikdə əraziyə qum torbaları yerləşdiriblər. 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin