Rusiya banklarından əldən edilə gəlirlə Ukraynaya hərbi yardım göstərildi

12:25 - 17 Sentyabr 2024

Rusiya banklarından əldən edilə gəlirlə Ukraynaya hərbi yardım göstərildi

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro (2,70 milyard manat) gəliri Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib. 

 

Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat verib.

"Rusiya aktivlərindən əldə olunan gəlirin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü üçün 1,4 milyard avro ayrılıb.Tələblər Ukrayna müdafiə sənayesi tərəfindən həyata keçirilir".

Qeyd edək ki, Rusiya Ukraynada xüsusi əməliyyata başlayandan sonra, 2022-ci il fevral ayının sonunda Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyaları banklara və fiziki şəxslərin hesablarına təsir edib və Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının bir hissəsinin dondurulması üçün əsas olub. 2022-ci ilin martında Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Qərb ölkələri Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının təxminən yarısını - 640 milyard dollardan (1 trilyon manat)  təxminən 300 milyard dollarını (510 milyard manat) bloklayıb.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin