Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanıldı

17:13 - 10 İyun 2021

Bakıda gözəllik salonundan oğurluq edən qadın saxlanıldı

Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.

Manşet.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, gözəllik salonundan 600 manat pul, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pulqabı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Xəlilova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan qadın həmin salonda olan digər müştəri R.Qafarovanın nəzarətsiz qalan çantasından pulqabını götürərək oradan uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin