İyunun 27-dək Aİ ölkələri əhalisinin 60 faizi vaksinasiya olunacaq

21:10 - 24 İyun 2021

İyunun 27-dək Aİ ölkələri əhalisinin 60 faizi vaksinasiya olunacaq

Avropa Komissiyası (AK) iyunun 27-dək Avropa İttifaqı ölkələri əhalisinin 60 faizinə koronavirusa qarşı peyvənd vurulacağı qənaətindədir.

Manset.az xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen “Twitter” hesabından xəbər paylaşıb.

“Aİ ölkələrində 346 milyon doza vaksin vurulub, 424 milyon peyvənd əldə edilib” – deyə komisiya rəhbəri qeyd edib.

Aİ ölkələri qarşısında iyul ayının sonunadək əhalinin 70 faizini tam peyvəndləmək vəzifəsi qoyulub. Uşaq və yeniyetmələrin də peyvəndlənməsinə başlanılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin