Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
16:34 - 10 İyun 2021
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin