Təhsil Nazirliyi məzun günü ilə bağlı qərar verdi

13:49 - 24 İyun 2021

Təhsil Nazirliyi məzun günü ilə bağlı qərar verdi

Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə münasibət bildirib.

Nazirlikdən Manset.az-a  bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin