İcra başçısının qapatdığı içində milyonluq mal olan marketlə bağlı məsələ nəzarətə götürüldü - AÇIQLAMA

15:07 - 19 Oktyabr 2022

İcra başçısının qapatdığı içində milyonluq mal olan marketlə bağlı məsələ nəzarətə götürüldü - AÇIQLAMA

Masallıda sahibkar yerli icra hakimiyyətindən narazdır. Sahibkar Azər İsmayılov Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq, fəaliyyət göstərə bilmədiyini bildirib.

 

Manset.az-a müraciət edən sahibkar bildirir ki, aylardır tikdirdiyi supermarket tam hazırdır. O, marketin fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içərisi isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək onların fəaliyyətinə mane olub. Belə ki, nümayəndələr rayon rəhbərliyinin göstərişi ilə sahibkar Azər İsmayılova supermarketi bağlamaq tapşırığı veriblər. Daha sonra ərazidə post qurulub. Sahibkarın dəfələrlə icra hakimiyyətinə müraciət etməyinə baxmayaraq məsələ həllini tapmayıb. İcərisində yarım milyondan çox ərzaq malları olan supermarket hazırda fəaliyyət göstərmir. Sahibkar isə aylardır işə qəbul etdiyi şəxslərə öz büdcəsindən ödənişlər edir. Azər İsmayılov bildirir ki, rayona yeni icra başçısı təyin olunduqdan sonra onun qara günləri başlayıb. Bu qeyri-yaşayış obyektindən əlavə sahibkarın daha bir qeyri-yaşayış sahəsinin icra hakimiyyəti qarşısını hördürüb. Hazırda supermarketin içərisində olan yarım milyondan çox ərzaq malları xarab olmaq üzrədir. 


“Bu yaxınlarda qanunsuz formada işığımı kəsdirdilər. Azərişıq rəhbərliyinin qəbuluna getdim, dərhal göstəriş verildi, problem həllini tapdı. Çünki sənədlərin qanunidir. Mən rayonda nə qədər xeyirxah işlər görmüşəm. Onları danışmaq mənə utanc verir. Çünki, vətən uğrunda şəhid olanlara qarşı xeyirxahlıq borcumuzdur. Rusiyada yaşayırdım. Vətən müharibəi zamanı cənab Prezidentin cağrışı ilə gəlib iş yerləri yaratmışam. Rayona kapital qoymuşam sonda da belə olub. İnanıram ki, dövlətim ədaləti bərpa edəcək. Rayondan işə qəbul edilən işçilər işə çıxacağı günü səbirsizliklə gözləyirlər.”


Məsələ ilə bağlı Manset.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında bunları deyib:


“Bilirsiz siz gərək icra hakimiyyətinə gələsiz. Mən də sizinlə görüşüb məsələni danışam. Deyəsən, orda sənədlərdə problemlər olmalıdır. Yer icarəyə götürülüb. Ancaq, deyirlər içərisi malla doludur. Mən köməklik göstərməyə çalışacam.”  

****

Sahibkar Azər İsmayılov Manset.az-a bildirib ki, məsələ ictimailəşdikdən  sonra onunla İqtisadiyyat Nazirliyindən və bir sıra başqa qurumlardan əlaqə saxlanılıb. Məsələ araşdırılır."


Manşet.az

Fotoda: Araz Əhmədov

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin