Prezident İlham Əliyev Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə bağlı Sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah S. Mirzəyevin 70 yaşı tamam olacaq.