Bakıda özünü qəsdən maşınların altına atan şəxs kimdir? - VİDEO

14:47 - 30 Aprel 2025

Bakıda özünü qəsdən maşınların altına atan şəxs kimdir? - VİDEO

Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.


Bu barədə Manset.az-a görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.

Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyətə səbəb olur və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.

Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.

***

"Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntlərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır".

Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib.

O qeyd edib ki, sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir: “Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.

Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat versin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarının da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır”.

Sözügedən görüntüləri təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv