İlham Əliyev Banqladeşin Baş nazirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

17:01 - 29 Aprel 2025

İlham Əliyev Banqladeşin Baş nazirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin Baş naziri Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısına dəvət edib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Banqladeşdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 3-4 iyul 2025-ci il tarixində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv