Azərbaycan XİN-dən İrana başsağlığı

09:48 - 27 Aprel 2025

Azərbaycan XİN-dən İrana başsağlığı

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.


Manset.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv