Kallas Xaçaturyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi 

20:48 - 26 Aprel 2025

Kallas Xaçaturyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi 

“Romada mən prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim”.


Manset.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O həmçinin Cənibu Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

“Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım.”, - diplomat bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv