AQTA -da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

09:48 - 23 Aprel 2025

AQTA -da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan saytımıza təsdiq edilib.

Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. 

Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv