Milli Məclisin növbəti plenar iclası başlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov da bu gün keçirilən iclasa qatılıb.
Maraqlıdır ki, ötən gün saytımızda deputatın harada olmağı ilə bağlı yazıdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib.
Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir.
Ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.
Qeyd edək ki, Manset.az xəbər portalı bir müddət əvvəl Siyavuş Novruzovun əməliyyat olunması ilə bağlı xəbər vermişdi. Deputat xəstəxanada müalicə proseslərini davam etdirdiyini açıqlayaraq xəbəri saytımıza təsdiq etmişdi.