İcra başçısı şəhidin qardaşına vəzifə verdi - FOTO

12:25 - 21 Aprel 2025

İcra başçısı şəhidin qardaşına vəzifə verdi - FOTO
Sədərək Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.


Manset.az-ın əldə etdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmri ilə Cavid Nadirli İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib.

O, bundan əvvəl rayonda müəllim vəzifəsində çalışıb.

Qeyd edək ki, Cavid Nadirli Vətən müharibəsi şəhidi, leytenant Ərtoğrul Nadirlinin qardaşıdır.

Fotoda Cavid Nadirli


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv