İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzi məlumat yayıb.
Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.