"Azərbaycan - Gürcüstan əlaqələri uğurla inkişaf edir" - Pərvanə Vəliyeva

15:25 - 17 Aprel 2025

\"Azərbaycan - Gürcüstan əlaqələri uğurla inkişaf edir\" - Pərvanə Vəliyeva

"Gürcüstan Prezidenti ilk xarici səfərini Azərbaycana edib. Səfər çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirilib. Bu səfər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirir". 


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM kimi bir sıra beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və bir-birinə dəstək nümayiş etdirirlər. Azərbaycan 11 ölkəyə Gürcüstan tranzit vasitəsilə təbii qaz ixrac edir və bu sayın artacağı gözlənilir.

Pərvanə Vəliyeva onu da bildirdi ki, bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

"Bundan əlavə, iki ölkə yaşıl enerji layihələrinin də icrasında birgə addımlar atırlar. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər, hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur.

Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv